Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kursiv

lat. cursivus – sürətli, qaçan

Əllə yazılmış kalliqrafik həfrlərə bənzəyən maili şrift forması.

Belə şriftlərdən ilk dəfə 1500-cü ildə İtaliyada istifadə olunduğu üçün onlara «İtalik tipli» şriftlər deyilir. Əksər hallarda düz şriftlərin maili variant­larını da K. adlandırırlar. Lakin adi maili şrift formaları sadə üsulla – düz şriftlərə təx­minən 15° sağa meyillilik verməklə yara­dılır. K. isə özünəməxsus, fərqli dizayna malik olur. Adi maili şriftdən mətnin bir his­səsini digərindən fərqləndirmək, K.-dən isə məhz əlyazma effekti yaratmaq üçün is­tifadə edilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti