Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kaset

fr. cassette – kiçik qutu

Maqnit len­tindən, yaxud maqnitləşdirilmiş lövhədən və qutu formasında müdafiə örtüyündən iba­rət qurğu; audio və video informasiya da­şı­yıcısı.

K.-lərin üstünlüyü onların kom­­paktlığında, etibarlı müdafiəyə malik ol­ma­sında və müxtəlif avadanlıqlarda (ka­mera, maqnitofon və s.) istifadə edilə bil­mə­sin­dədir.

Jurnalistika terminləri lüğəti