Əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə şəxsə verilən qiymət.
Konstitusiyaya görə, şəxsin Ş.-i dövlət tərəfindən qorunur, onun alçaldılmasına yol verilmir. Qanunlarda Ş. insanların mənəvi dəyərlərindən biri elan edilir, mülki və cinayət məcəllələri ilə müdafiə olunur, lakin anlayışın dəqiq izahına rast gəlinmir. Məhz bu səbəbdən, həmçinin kütləvi informasiya vasitələrində Ş.-in alçaldılması məsələləri ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdırmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda (2014) Ş. anlayışına hüquqi izah verilib.
See also:
Jurnalistika terminləri lüğəti