Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qlobal informasiya mühiti

fr. global – ümumi < lat. globus – kürə

Dövlət və dövlətlərarası kompüter şəbəkələrinin, ümu­­­mi istifadə şəbəkələrinin, telekommunikasiya sistemlərinin, digər sərhədsiz ­informasiya kanallarının formalaşdırdığı şə­rait.

Q.İ.M.-ndə mətnin, səsin, görüntünün rəqəmsal kodlaşdırma yolu və peyk ra­bi­təsi, kompüter şəbəkələri, digər te­lekommunikasiya sistemləri vasitəsilə ani olaraq istənilən məsafəyə ötürülməsi bü­tün ­coğ­rafi, iqtisadi, siyasi sərhədləri aradan ­qal­dırır. Son zamanlar Qərb alim­lərinin əsərlərində bu anlayış daha çox «qlobal kibermühit» ifadəsi ilə əvəzlənir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti