Reklam
Reklam
  • Ana qarğışı övladı tutmaz. (Tat)
  • Qardaşıq, cibimiz ayrıdır. (Tat)
  • Fərli uşaq elə bələyindəcə bilinər. (Tat)
  • Özgə oğuldan qardaş olmaz, özgə qızından bacı. (Talış)
  • Öz atasını görməsəydi, deyərdi, padşah oğluyam. (Talış)
  • Qardaş qardaşı istəsəydi, Allah da özünə qardaş tutardı. (Talış)
  • Xonçanın bəzəyi noğuldur, evin bəzəyi oğuldur. (Talış)
  • Qızı olan ata-ananın qulağının biri böyük, biri kiçik olmalıdır. (Saxur)
  • Doğma atasına oğulluq etməyəndən özgəyə oğul olmaz. (Saxur)
  • Qardaşdan yaxşı dostu ayrı yerdə axtarma. (Saxur)
  • Atası turşu yemiş, balasının dişi qamaşmış. (Ləzgi)
  • Uşaqlı ev bazar, uşaqsız ev məzar. (Ləzgi)
  • Atasız qız susuz dağ kimidir. (Kürd)
  • Qadın qaladı, kişi məhbus. (Kürd)
  • Uşağınızı cəzalandırırsınızsa, axmaqsınız. (Gürcü)
  • Uşağa demə kökə verəcəksən, deyibsən, ver. (Gürcü)
  • Bacı qardaşdan ötrü öldü, qardaş bacıdan ötrü yox. (Gürcü)
  • Dosta borc pul vermə – hər ikisi əldən gedər. (Azərbaycan)
  • Ağlamayan uşağa süd verməzlər. (Azərbaycan)
  • Uşaqlı evdə qeybət olmaz. (Azərbaycan)