Reklam
Reklam
  • Donuzdan bir tük qoparmaq da xeyirdir. (Tat)
  • Gücü çatmayan daşın böyüyündən yapışar. (Tat)
  • Asta gedən eşşəyin təpiyi yaman olar. (Tat)
  • Üstümü unlu görüb, məni dəyirmançı bilirsən. (Tat)
  • İt itin ayağını basmaz. (Tat)
  • Ana qarğışı övladı tutmaz. (Tat)
  • Hərə odu öz qoğalının altına çəkər. (Tat)
  • Yovşan tumundan palıd cücərməz. (Tat)
  • Dəvə oynayanda qar yağar. (Tat)
  • Ölünün gözü dirinin ardınca olar. (Tat)
  • Qardaşıq, cibimiz ayrıdır. (Tat)
  • Ağrımayan başına qırmızı yaylıq bağlama. (Tat)
  • Öküz quyruğuna görə bıçaq sındırma. (Tat)
  • Varlı qapısına getmə ki, o həmişə ağlayar. (Tat)
  • Bir arxa ki su gəldi, ümid var bir də gələ. (Tat)
  • İtə pir qənim olmur. (Tat)
  • Fərli uşaq elə bələyindəcə bilinər. (Tat)