Reklam
Reklam
  • Ət yeyən cücənin dimdiyi əyri olar. (Talış)
  • At işlədi, eşşək yedi. (Talış)
  • Özgə oğuldan qardaş olmaz, özgə qızından bacı. (Talış)
  • Yaxşı adamla oturub-dursan, ondan da yaxşı olarsan. (Talış)
  • Xörək yeyəndə yoldaşını gözlə. (Talış)
  • Öz atasını görməsəydi, deyərdi, padşah oğluyam. (Talış)
  • Köhnə dost düşmən ola bilməz. (Talış)
  • Danışmasa, axmaq da ağıllı görünər. (Talış)
  • Hinin qapısı açıq olanda, fərələr də çıxar, beçələr də. (Talış)
  • Daşqın əvvəl kol-kos gətirər. (Talış)
  • Papiros çəkəni ilan vurmaz. (Talış)
  • Pulun vəfası olsaydı, əlbəəl gəzməzdi. (Talış)
  • Qardaş qardaşı istəsəydi, Allah da özünə qardaş tutardı. (Talış)
  • Alçaq adam gündə üç dəfə allahlıq iddiasında olar. (Talış)
  • Suyun qabağını bənddə alarlar, dərədə yox. (Talış)
  • Səninlə danışmaq, ya eşşək üçün təmbur çalmaq, birdir. (Talış)
  • İnəyi almamış deyir, buzovu harda bağlayım? (Talış)
  • İtin quyruğunu kəssən, qoyun olmaz. (Talış)
  • Şir nökər olmaz, tülkü ağa! (Talış)
  • Şeytan on lampaya neft tökər, heç biri yanmaz. (Talış)