- Bilməməkdən qorxma, öyrənməməkdən qorx. (Çin)
- Güclü insan maneəni keçər, müdrik isə bütün yolu. (Çin)
- Elm ağıllı adama xoşbəxtlik verər, axmağa isə bədbəxtlik. (Çin)
- Ağıllı adam dəlini danlamaz. (Çin)
- Öyrənib düşünməmək – heç nə öyrənməmək deməkdir, düşünüb öyrənməmək – təhlükəli yola düşmək deməkdir. (Çin)
- Böyük çay sakit axar, ağıllı insan səsini qaldırmaz. (Çin)
- Ağıllı insan ala bilmədiyi şeylərdən imtina edir. (İtalyan)
- Ağlı çox olanı idarə etmək üçün daha çox ağıl gərəkdir. (İngilis)
- Danışmasa, axmaq da ağıllı görünər. (Talış)
- Evi süpürəndə başındaki ağılı da süpürmə. (Saxur)
- Korlar azmış kimi, savadsızlar da artır. (Saxur)
- Savadsızla korun fərqi yoxdur. (Saxur)
- Səbir insanın, hasar küçənin abrıdır. (Saxur)
- Dünyaya görə danış, ağlına görə iş gör. (Kürd)
- Ağıldan yüngül olanın yuxusu ağır olur. (Kürd)
- Vaxtı əlinlə tuta bilməzsən. (Hind)
- Ağılın istəmədiyini göz görməz. (Hind)
- Bir çox şey diqqətimizi cəlb etsə də, biz sadəcə qəlbimizə toxunanların arxasınca gedirik. (Hind)
- Dahi vaxtından qabaq qaçar, müdrik onun ardınca gedər, axmaq çaşar. (Gürcü)
- Ağıllı, lakin savadsız insan, əli qandallı aslan kimidir. (Gürcü)