Reklam
Reklam
  • Heç kim səyahətdən getdiyi kimi qayıtmır. (Çin)
  • Bir ağac əkmək üçün ən yaxşı vaxt iyirmi il əvvəl idi. Növbəti ən yaxşı vaxt isə bu gündür. (Çin)
  • Düşüncələrinizin səssizləşdiyi yer – evinizdir. (Çin)
  • Sakitliyini qoruyaraq yaşa. Zaman gələcək, çiçəklər öz-özünə açacaq. (Çin)
  • Əgər büdrəyib yıxıldınsa, hələ o demək deyil ki, səhv yoldasan. (Çin)
  • Axmaq adamın xoşbəxtliyi də axmaq olur. (Çin)
  • Həyatın sirlərindən biri də budur ki, gənc öləsən, amma gec öləsən. (Çin)
  • Yavaşımaqdan deyil, dayanmaqdan qorx. (Çin)
  • Keçmişi unutmayın, o gələcəkdə sizə müəllim olacaq. (Çin)
  • Roma bir gündə qurulmadı. (İtalyan)
  • Çayın dərinliyini iki ayaqla sınama. (İtalyan)
  • Xəstəyə üç şey kömək edər: sevgi, şərab və hamam. (İtalyan)
  • Ən yaxşı zireh – məsafə saxlamaqdır. (İtalyan)
  • Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır. (İtalyan)
  • Daha çox yaşaya bilmirsənsə, daha dərin yaşa. (İtalyan)
  • Böyük dərdlər səssizdir. (İtalyan)
  • Batmağa başlayan kimi üzməyi öyrənəcəksiniz. (İtalyan)
  • Atalar sözləri kəpənək kimidir, hamısı uçur, bəzilərini tuturlar. (İtalyan)
  • Alma ağacdan uzağa düşmür. (İngilis)
  • Gündə bir alma həkimi səndən uzaqlaşdırır. (İngilis)