- Başımıza gələn yaxşılıq quma, pislik daşa həkk olunub. (İtalyan)
- Yaxşıya yaxşı deyərlər, yamana yaman. (Azərbaycan)
- Yaxşılıq qarşılıqlı (ikitərəfli) olur. (Azərbaycan)
- Yaxşılıq itməz. (Azərbaycan)
- Yaxşılıq eləyib, bir şey umursansa, eləməsən yaxşıdır. (Azərbaycan)
- Yaxşılıq eləyən yaxşılıq görər. (Azərbaycan)
- Yaxşılıq elə, minnət qoyma. (Azərbaycan)
- Yaxşılıq elə ki, başına gəlsin. (Azərbaycan)
- Yaman yeyənin olsun, yaman deyənin olmasın. (Azərbaycan)
- Yaman olmasa, yaxşılığın qədri bilinməz. (Azərbaycan)
- Yaman günü görməyən yaxşı günün qədrini bilməz. (Azərbaycan)
- Yaman günə səbr edən yaxşı günə tez çatar. (Azərbaycan)
- Şər deməsən, xeyir gəlməz. (Azərbaycan)
- Haqq yandıran şamı söndürmək olmaz. (Azərbaycan)
- Yaman günün ömrü az olar. (Azərbaycan)
- Zülm yerdə qalmaz. (Azərbaycan)
- Zülm ilə abad olan ədl ilə bərbad olar. (Azərbaycan)
- Ağ gün ağardar, qara gün qaraldar. (Azərbaycan)
- Gül tikansız olmaz. (Azərbaycan)
- Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar. (Azərbaycan)