- Ana qarğışı övladı tutmaz. (Tat)
- Qardaşıq, cibimiz ayrıdır. (Tat)
- Fərli uşaq elə bələyindəcə bilinər. (Tat)
- Özgə oğuldan qardaş olmaz, özgə qızından bacı. (Talış)
- Öz atasını görməsəydi, deyərdi, padşah oğluyam. (Talış)
- Qardaş qardaşı istəsəydi, Allah da özünə qardaş tutardı. (Talış)
- Xonçanın bəzəyi noğuldur, evin bəzəyi oğuldur. (Talış)
- Qızı olan ata-ananın qulağının biri böyük, biri kiçik olmalıdır. (Saxur)
- Doğma atasına oğulluq etməyəndən özgəyə oğul olmaz. (Saxur)
- Qardaşdan yaxşı dostu ayrı yerdə axtarma. (Saxur)
- Atası turşu yemiş, balasının dişi qamaşmış. (Ləzgi)
- Uşaqlı ev bazar, uşaqsız ev məzar. (Ləzgi)
- Atasız qız susuz dağ kimidir. (Kürd)
- Qadın qaladı, kişi məhbus. (Kürd)
- Uşağınızı cəzalandırırsınızsa, axmaqsınız. (Gürcü)
- Uşağa demə kökə verəcəksən, deyibsən, ver. (Gürcü)
- Bacı qardaşdan ötrü öldü, qardaş bacıdan ötrü yox. (Gürcü)
- Dosta borc pul vermə – hər ikisi əldən gedər. (Azərbaycan)
- Ağlamayan uşağa süd verməzlər. (Azərbaycan)
- Uşaqlı evdə qeybət olmaz. (Azərbaycan)