Reklam
Reklam
  • İnsanın xoşbəxt olduğu koma, ağladığı saraydan daha yaxşıdır. (Çin)
  • Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin)
  • Allah bizi varlanan kasıblardan və kasıb olan zənginlərdən qorusun. (İtalyan)
  • Ağası ilə armud yeyən ən yaxşısını seçməməlidir. (İtalyan)
  • Varlı qapısına getmə ki, o həmişə ağlayar. (Tat)
  • Filankəs acından öldü. Dedilər: Varıydı ki, yemədi? (Talış)
  • Varlı təzə paltar geydi, dedilər: Mübarəkdir! Kasıb təzə paltar geydi, dedilər: Haradan gətirdin? (Talış)
  • Ac toxu gormür. (Saxur)
  • Kasıb hamama gedər, isti su buz bağlayar. (Ləzgi)
  • Kasıb bacını doğma qardaş da istəməz. (Ləzgi)
  • Varlı kişi ya təzə ev tikər, ya da təzə arvad alar. (Ləzgi)
  • Ağanın malı gedər, nökərin canı. (Ləzgi)
  • Kasıb özünü asmağa getdi, varlıların ipdən asıldığını gördü. (Kürd)
  • Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə. (Kürd)
  • Kasıb gündə on dəfə ölür. (Gürcü)
  • Dövlətli ölüyə ağladı, kasıb xərcin dərdini çəkdi. (Gürcü)
  • Qızıl taxtın olunca, qızıl bəxtin olsun. (Azərbaycan)
  • Acığın dövlətə zərəri var. (Azərbaycan)
  • Qızıl açar dəmir qapıları açar. (Azərbaycan)
  • Evində yoxdur darı, oturub hamıdan yuxarı. (Azərbaycan)