- Qonşusu pis olanın nə axşam, nə səhər rahatlığı yoxdur. (İtalyan)
- Qonşunun adından qorxma, hiyləsindən qorx! (Talış)
- Dərdin çox da olsa, qonağın yanında demə. (Talış)
- Böyük nəfsin vardırsa, qonaqlığa getmə. (Saxur)
- Qonağı ərəb olanın qapısı gen gərək. (Saxur)
- Qonaq üç günlük olar. (Ləzgi)
- Qonşun səndən duz istəyəndə, duzun olmasa belə, heç olmasa ona duzlu bir söz de. (Gürcü)
- Qonaq qonağı dəvət etdi, ev sahibi ikisini də qovdu. (Gürcü)
- Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar. (Gürcü)
- Çağırılmamış qonaq taundan pisdir. (Gürcü)
- Axmaq qonşudan od da götürmə. (Gürcü)
- Qohumun kimdir? – Yaxın qonşum. (Azərbaycan)
- Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq! (Azərbaycan)
- Gülmə qonşuna, gələr başına! (Azərbaycan)
- Gəmiyə minib gəmiçi ilə dalaşma. (Azərbaycan)
- Evdə bişməyib, qonşudan gəlməyib! (Azərbaycan)
- Qonşuya ümid olan şamsız qalır. (Azərbaycan)
- Qonşunun şamından işıq düşməz. (Azərbaycan)
- Qonşunun xətrin istə (qədrini bil), amma çəpəri arada saxla. (Azərbaycan)
- Qonşunu iki inəkli istə, özün bir inəkli olasan. (Azərbaycan)