Reklam
Reklam
  • Əgər səhv etdinsə, ən yaxşısı – dərhal gülməkdir. (Çin)
  • Qızarmağı bacaranların ürəyi qara ola bilməz. (Çin)
  • Bədbəxtlik – özü üçün açılmış qapıdan daxil olur. (Çin)
  • Külək nə qədər möhkəm əssə də, dağ onun qarşısında əyilməz. (Çin)
  • Hadisələrə həmişə işıqlı tərəfindən bax, əgər belə tərəfləri yoxdursa, o zaman onları parıldayanacan sürt. (Çin)
  • Yaşamaq üçün ye, yemək üçün yaşama. (İtalyan)
  • Vicdan əzabı çəkənin ittihamçıya ehtiyacı yoxdur. (İtalyan)
  • Min dəfə solğun olmaqdansa, bir dəfə qızarmaq yaxşıdır. (İtalyan)
  • Qarşı tərəfdə ot həmişə daha yaşıl olur. (İtalyan)
  • Kim tək başına işləyirsə, üç nəfərin işini görür. (İtalyan)
  • Kim düşünürsə ki, pul ona hər şey verəcək, sonda pul üçün hər şey edəcək. (İtalyan)
  • İstəyirsən ki, səni dəyərləndirsinlər — öl! (İtalyan)
  • Əgər kimsə sizinlə həmişəkindən daha çox mehribandırsa, bu o deməkdir ki, sizi aldadıb və ya aldatmaq üzrədir. (İtalyan)
  • Çoxları kəsmək istədikləri əli öpürlər. (İtalyan)
  • Cüzdanında pulu olmayanın ağzında bal olmalıdır. (İtalyan)
  • Həm tortu yeyə, həm də onu gizlədə bilməzsiniz. (İngilis)
  • Yavaş-yavaş getməkdən qorxmayın, hərəkətsiz dayanmaqdan qorxun. (İngilis)
  • Pis işçi həmişə öz alətlərini günahlandırır. (İngilis)
  • Nəzakətli olun, çünki tanış olduğunuz hər kəs çətin bir mübarizə aparır. (İngilis)
  • Əgər sənin üçün vacibdirsə, bir yol tapacaqsan. Vacib deyilsə, o zaman bir bəhanə tapacaqsan. (İngilis)