Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox qoşma, bəzən də divani şəklində olan, məzmunca hikmətamiz şeir növü.
Bir ənənə olaraq aşıqlar dastana ustadnamə ilə başlayırlar. Məhəbbət dastanlarının əvvəlində, adətən, üç ustadnamə verilirdi. Belә şeirlәrdə tәrbiyәvi, fəlsәfi fikirlər yürüdülür, dünyanın vəfasızlığından, “beşgünlük” olmasından danışılır. Azәrbaycan el sәnәtkarlarından Xәstә Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Әlәsgәr vә başqalarının bir çox ustadnamələri vardır.
Ələsgərin sözün yеtir nisaba,
Sərf еdənlər səbt еləsin kitaba.
Hеç namərdin adı gəlməz hеsaba,
Mərd bir olar, onda iki ad olmaz.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi və yazılı ədəbiyyatda uşaqlar üçün nəzərdə tutulmuş əsərlərin məcmusu.
Uşaq ədəbiyyatı konkret janrlarla məhdudlaşmır. Uşaqlar üçün nəzərdə tutulmuş əsərlər dil və üslubun sadəliyi, məzmun və ideyanın son dərəcə aydın olması ilə seçilir. Bu əsərlərin qəhrəmanları, adətən, uşaqlar olur və əsərin süjetini onların macəraları, çox zaman fantastik qüvvələrlə qarşılaşması təşkil edir. Bu baxımdan M.Tvenin, Ç.Dikkensin, C.Rodarinin əsərləri dünya uşaq ədəbiyyatının inciləri sayılır. Bununla yanaşı, elmi fantastika və macəra ədəbiyyatının bir çox nümunələri də çox zaman uşaq ədəbiyyatına aid edilir. Azərbaycanda uşaq ədəbiyyatının yaranması XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. N.Nərimanov və S.M.Qənizadə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı elmi-pedaqoji aylıq jurnal yaratmaqla uşaq ədəbiyyatının təşəkkülü və inkişafına təkan verdilər. R.B.Əfəndiyev, C.Məmmədquluzadə, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə və b. Azərbaycan klassik uşaq ədəbiyyatının görkəmli nümayəndələridir. Müasir dövrdə bir çox klassik əsərlərin uşaqlar üçün adaptasiyası da uşaq ədəbiyyatının bir qolunu təşkil edir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAsılı tərəfin əsas tərəfə şəxsə, kəmiyyətə və mənsubiyyətə görə uyğunlaşması.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında (məs.: Onlar gəldilər.), həm də II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında (məs.: kitab üzü, kitabın üzü) olur. Mübtəda ilə xəbər arasında şəxsə və kəmiyyətə görə, II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında isə mənsubiyyətə və kəmiyyətə görə uzlaşma olur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTələffüz zamanı digər saitlərlə müqayisədə uzun tələffüz olunan sait.
Daha çox ərəb-fars mənşəli sözlərdə müşahidə olunur. Uzun sait sözün ilk, orta və son hecalarında işlənə bilir: alim [a:lim], xəzinə [xəzi:nə], əmtəə [əmtə:]. Transkripsiya daxilində uzun sait qoşa nöqtə (:) ilə göstərilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. urbs – şəhər
Ədəbiyyatda şəhər mövzusu: iri şəhərə xas olan məişətin, texnoloji tərəqqinin, şəhərli psixologiyasının əks etdirilməsi.
Dünya ədəbiyyatında U.-in yaranması XIX əsrin 2-ci yarısına aid edilir. Kapitalizmin inkişafı və iri şəhərlərin yaranması ilə əlaqədar əsərlərdəki hadisələr kəndlərdən, feodal qəsrlərindən şəhər küçələrinə və çoxmərtəbəli evlərə keçməyə başladı. Bu meyil daha çox Dikkens, Tekkerey, Balzak, Dostoyevski kimi yazıçıların əsərlərində hiss olunurdu. Azərbaycan ədəbiyyatşünaslığında bu termin, ilk növbədə, altmışıncıların nəsri ilə bağlı işlədilir. Bu nəsrdə iki qol özünü aydın göstərir: kənd mövzusunda yazan yazıçılar və urbanist yazıçılar. İkincilərə Anar, Elçin, Ç.Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar kimi yazıçıları misal göstərmək olar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq ədəbiyyatında uşaqlar üçün nəzərdə tutulmuş əsərlərin məcmusu.
Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası folklora söykənir. U.F.-nun janrları üç ədəbi növ əsasında sistemləşdirilir: lirik, epik, dramatik. Lirik növə laylalar, oxşamalar, dolamalar, sanamalar, təkərləmələr, cırnatmalar, öcəşmələr, acıtmalar, uşaq nəğmələri və s. aid edilir. (Laylalar və oxşamaların U.F.-na aid edilməsi bəzən mübahisələr doğurur.) U.F.-nun epik janrlarına tapmacalar, yanıltmaclar, uşaq nağılları, qaravəllilər və s. daxildir. Dramatik növdə isə uşaq oyun və tamaşaları vardır. Bir çox xalq oyunlarında (“Çövkən”, “Dirədöymə”, “Çiling-ağac”, “Topaldıqaç”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə” və s.) səsləndirilən mətnlər dramatik növə məxsusdur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. οutopos – olmayan yer
İdeal cəmiyyət modelinin təsvir olunduğu əsər.
Bu janrın adı ingilis filosofu Tomas Morun 1516-cı ildə yazdığı “Utopiya” (“Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında məzəli olduğu qədər də faydalı olan qızıl kitabça”) adlı əsərində təsvir edilən adanın adından götürülüb. Bununla belə, U. sözünə ilk dəfə Platonun “Dövlət” traktatında rast gəlinir (M.ö. 427-347). Belə əsərlərdə hələ həyata keçməmiş xəyal mövcud olan həqiqi, real bir şey kimi təqdim edilir. Azərbaycan ədəbiyyatında N.Gəncəvinin “İsgəndərnamə” poemasında təsvir olunan “Xoşbəxtlər ölkəsi” U.-nın bir nümunəsi kimi qəbul edilə bilər:
Oğrudan qorxmarıq, biz nə şəhərdə
Qaraul qoyarıq, nə də çöllərdə.
Şadlıqda hamımız şadlıq eylərik.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
...Bizdə cavanlıqda ölməz bir nəfər,
Yalnız çox yaşamış qocalar ölər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti