Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

urbanizm

lat. urbs – şəhər

Ədəbiyyatda şəhər mövzusu: iri şəhərə xas olan məişətin, texnoloji tərəqqinin, şəhərli psixologiyasının əks etdirilməsi.

Dünya ədəbiyyatında U.-in yaranması XIX əsrin 2-ci yarısına aid edilir. Kapitalizmin inkişafı və iri şəhərlərin yaranması ilə əlaqədar əsərlərdəki hadisələr kəndlərdən, feodal qəsrlərindən şəhər küçələrinə və çoxmərtəbəli evlərə keçməyə başladı. Bu meyil daha çox Dikkens, Tekkerey, Balzak, Dostoyevski kimi yazıçıların əsərlərində hiss olunurdu. Azərbaycan ədəbiyyatşünaslığında bu termin, ilk növbədə, altmışıncıların nəsri ilə bağlı işlədilir. Bu nəsrdə iki qol özünü aydın göstərir: kənd mövzusunda yazan yazıçılar və urbanist yazıçılar. İkincilərə Anar, Elçin, Ç.Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar kimi yazıçıları misal göstərmək olar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti