Tələffüzü zamanı ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan danışıq səsləri.
Saitin tələffüzündə hava axını mühüm rol oynayır. Bu hava axınının saitə çevrilməsi müxtəlif danışıq üzvlərinin iştirakı sayəsində mümkün olur. Tələffüzündə danışıq üzvlərinin iştirakı və vəziyyətinə görə saitlər müxtəlif şəkildə təsnif edilir: 1) dilin vəziyyətinə görə: dilönü saitlər (incə), dilarxası (qalın) saitlər; 2) alt çənənin vəziyyətinə görə: açıq (geniş) saitlər, qapalı (dar) saitlər; 3) dodaqların vəziyyətinə görə: dodaqlanan saitlər, dodaqlanmayan saitlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti