Baş cümlədəki nəticənin səbəbini bildirən və nə üçün? niyə? nə səbəbə? nəyə görə? nədən ötrü? suallarına cavab olan budaq cümlə.
Səbəb budaq cümləsinin iki tipi vardır: 1. Budaq cümlə baş cümlədən əvvəl işlənir, budaq cümlədə bağlayıcı söz, cümlənin sonunda isə -sa, -sə ədatı iştirak edir. Ən çox işlənən bağlayıcı sözlər necə, nə sözləridir; məs.: Bu söz ona necə təsir edibsə, üç gündür bura gəlmir (S.Qədirzadə). Birdən nə fikirləşdisə, durub var-gəl eləməyə başladı (İ.Əfəndiyev). 2. Əvvəlcə baş cümlə, sonra bağlayıcı, daha sonra budaq cümlə gəlir. Bu zaman baş cümlədə ona görə, onun üçün, ondan ötrü sözləri iştirak edir: Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram (C.Məmmədquluzadə). Budaq cümlə baş cümləyə ona görə ki, ondan ötrü ki, çünki, onun üçün ki bağlayıcıları ilə bağlanır: Sabah səninlə qışlağa gedə bilməyəcəyəm, ona görə ki klubda məşqimiz var (İ.Əfəndiyev).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin (hərəkətin və ya halın) səbəbini bildirən zərflik.
Səbəb zərflikləri, əsasən, feili bağlamalar və feili bağlama tərkibləri, üçün, ötrü və gərək qoşmalarından birinin və deyə sözünün iştirak etdiyi müxtəlif nitq hissələrindən əmələ gələn tərkiblərlə ifadə olunur. Səbəb zərfliyi niyə? nə üçün? nə səbəbə? və s. suallarına cavab verir; məs.: Qorxudan üzü ağarmışdı. Qabağına çıxan yoxdur deyə öyünmə (“Nağıllar”). Yorulub yerə yıxıldı və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələrindən biri.
Belə cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir; məs.: Yağış yağmağa başladı, hər tərəf islandı. Quraqlıq oldu, məhsul məhv oldu. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya və tabesizlik bağlayıcıları ilə (birləşdirmə, iştirak, inkar bağlayıcıları) bağlanır; məs.: Gün çıxdı və aləm nura qərq oldu. Dolu yağdı, əkinə ziyan dəydi.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüəllifin sәyahәt, yaxud sәfәr zamanı gördüklәrini әks etdirәn bәdii-sәnәdli әsәr.
XIX әsr Azәrbaycan yazıçısı İ.Qutqaşınlının “Sәfәrnamә”sindә onun Mәkkәyә sәfәri zamanı rast gәldiyi yerlәr, adamlar vә s. tәsvir olunub. Qacarlar sülaləsinin şahzadəsi Fərhad Mirzənin 1875-1876-cı illərdə Məkkə ziyarətinə gedərkən yazdığı “Səfərnamə”ni də nümunə göstərmək olar. O bu səfəri zamanı Şimali Azərbaycandan keçib görkəmli şəxsiyyətlərlə, o cümlədən M.F.Axundzadə və H.Zərdabi ilə görüşüb və öz təəssüratlarını həmin əsərində ifadə edib.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiReal hadisələrdən bəhs edən, daha çox publisistik xarakterli bədii nəsr.
Sənədli nəsr bir çox janrları (xatirə, oçerk, avtobioqrafiya, tarixi-bioqrafik roman və s.) özündə birləşdirən anlayışdır. Burada təsvir edilən hadisələr üçün şahidlik, sənədlilik, faktlara əsaslanmaq şərtdir. Belə yazılarda yazıçı baxışı ilə bərabər, jurnalist baxışı da hiss olunur. Bu baxımdan bədii təxəyyül olduqca zəifdir. İ.Şıxlının “Cəbhə gündəlikləri” povesti, S.Rüstəmxanlının “Difai fədailəri” romanı sənədli nəsrdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTərkib hissələrinə asanlıqla bölünə bilən söz birləşməsi: qırmızı alma, taxta qaşıq, ürəkdən sevinmək, çox gözəl və s.
Belə söz birləşmələrinin tərəfləri başqa sözlərlə əvəzlənə bilir. Sərbəst söz birləşmələri üç növə bölünür: ismi birləşmələr, feili birləşmələr və qeyri-təyini söz birləşmələri.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin Azərbaycan şeirindəki onuncu bəhri.
İki növü var. Birinci növ aktiv səridir ki, təfiləsi “müftə`ilün müftə`ilün fa`İlün” şəklindədir:
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram. (M.Ə.Sabir)
İkinci növ “müftə`ilün müftə`ilün” təfiləsində olan ikibölümlü səridir:
Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi. (M.Ə.Sabir)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti