İş və hərəkətin yerini, zamanını, kəmiyyətini, tərzini, səbəb və məqsədini bildirən cümlə üzvü.
Zərfliyin əsas ifadə vasitəsi zərf və feili bağlamadır. Zərfliklər quruluşca sadə və mürəkkəb olur. Sadə zərfliklər nitq hissələri ilə ifadə olunur: Dünən yaman yağış yağdı. Mürəkkəb zərfliklər isə söz birləşmələri ilə ifadə olunur: Qonaqları evlərinə ötürüb gələndə yolu azdım. Zərfliyin 6 məna növü var: tərzi-hərəkət zərfliyi, zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi, məqsəd zərfliyi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti