Əsas tərəfi adlarla (isim, sifət, say və əvəzliklərlə) ifadə olunan söz birləşməsi.
İsmi birləşmələrin növləri bunlardır: I növ təyini söz birləşməsi (gözəl arzu), II növ təyini söz birləşməsi (söz ustası), III növ təyini söz birləşməsi (igidin taleyi) və qeyri-təyini ismi birləşmə (dodağında təbəssüm, vətənə sevgi). İsmi birləşmələr quruluşca sadə və mürəkkəb olur. İki əsas nitq hissəsi ilə düzələnlər sadə (su maşını), üç və daha artıq əsas nitq hissəsi ilə düzələnlər isə mürəkkəb (vətənin igid əsgərləri) olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti