Real hadisələrdən bəhs edən, daha çox publisistik xarakterli bədii nəsr.
Sənədli nəsr bir çox janrları (xatirə, oçerk, avtobioqrafiya, tarixi-bioqrafik roman və s.) özündə birləşdirən anlayışdır. Burada təsvir edilən hadisələr üçün şahidlik, sənədlilik, faktlara əsaslanmaq şərtdir. Belə yazılarda yazıçı baxışı ilə bərabər, jurnalist baxışı da hiss olunur. Bu baxımdan bədii təxəyyül olduqca zəifdir. İ.Şıxlının “Cəbhə gündəlikləri” povesti, S.Rüstəmxanlının “Difai fədailəri” romanı sənədli nəsrdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti