lat. compositio – tərtib, birləşmə, əlaqə
Əsərin məzmununu və bədii formasını təşkil edən komponentlərin məcmusu və qarşılıqlı əlaqəsi.
Kompozisiya müəllif ideyasının, məqsədinin daha effektiv şəkildə reallaşmasına xidmət edir. Kompozisiyanın vacib aspektlərindən biri hadisə və obrazların əsərə müəyyən məntiqi ardıcıllıqla daxil edilməsidir. Bu ardıcıllıq zəncirinin hər bir həlqəsi özündən əvvəlkilər və sonrakılarla sıx şəkildə bağlanır və məzmunun açılmasında müəyyən rol oynayır. Məhz buna görə də kamil kompozisiyalı əsərlərdə hər bir epizodun və hətta ən kiçik epizodik surətin öz yeri var. İlk baxışdan əsas süjetlə bağlılığı olmayan haşiyələr belə kompozisiyanın qurulmasında müəyyən rol oynayır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. conflictus – qarşıdurma, mübarizə
Bədii əsərdə süjetin inkişafının, obrazlar arasında qarşıdurmanın əsasını təşkil edən münaqişə, ziddiyyət.
“Konflikt” termini ənənəvi olaraq bədii ədəbiyyatın dram və epik növlərinə aid edilir. Lirikada konflikt lirik qəhrəmanın (müəllifin) daxili aləmi ilə həyat arasındakı ziddiyyətlər, bədii təzad vasitəsilə ifadə edilir. Əsərdə süjetin inkişaf mərhələləri konfliktlə müəyyənləşir: düyün (zavyazka) – konfliktin yaranması, kulminasiya – konfliktin ən kəskin həddə çatması, açılma (razvyazka) – konfliktin həlli. Bununla yanaşı, xarakterin açılması da konfliktin inkişafı prosesində baş verir. Elmi ədəbiyyatda bəzən “konflikt” termini əvəzinə “kolliziya” sözü işlənir. Lakin kolliziya daha mücərrəd məfhumdur. Konflikt konkret xarakterlər, xarakter və onu əhatə edən sosial mühit arasında və ya xarakterin öz daxilində baş verir. Kolliziya dedikdə isə mücərrəd qüvvələr, əbədi dəyərlər arasındakı ziddiyyət başa düşülür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1) Sözün, ifadənin konkret (situativ) mənasını müəyyənləşdirməyə imkan verən mətn parçası.
Kontekst, ilk növbədə, çoxmənalı sözün, omonimin mətndəki mənasını müəyyənləşdirməyə imkan verir. Bu mənada söz üçün söz birləşməsi və ya cümlə, söz birləşməsi üçün cümlə və ya mətnin bir parçası kontekst rolunda çıxış edə bilər. Ədəbiyyatda bədii ifadə vasitələri, o cümlədən təşbeh, kinayə, mübaliğə və s. kontekst vasitəsilə müəyyənləşir.
2) Sözün, ifadənin, fikrin işlənmə yerinə görə aid olduğu sahə.
Məsələn, “adaptasiya” sözünün bioloji kontekstdə mənası onun ədəbiyyatdakı mənasından fərqlidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAdətən, feillərlə işlənib onların analitik formalarını meydana gətirən (yaradan) sözlər: etmək, eləmək, olmaq, başlamaq, bilmək, qılmaq və s.
Köməkçi feillər vasitəsilə yaranan sözlər quruluşca mürəkkəb hesab olunur: görə bilmək, sevinə bilmək, savaşa başlamaq, əl eləmək, namaz qılmaq, sifariş eləmək. Lakin bu cür feillərdə əsas söz məcazi mənada işləndikdə frazeologizm sayılır: ağ eləmək, bənd olmaq, bata bilməmək.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. qlumen – zirvə, təpə
Bədii əsərin süjet xəttində hadisələrin ən yüksək inkişaf mərhələsi.
Kulminasiya kompozisiyanın struktur elementlərindən, konfliktin inkişaf mərhələlərindən biridir. Əsərin düyün (zavyazka) hissəsində yaranan konflikt kulminasiyada ən yüksək həddinə çatır və bundan sonra açılmaya doğru gedir. S.Vurğunun “Vaqif” pyesində Qacarın Vaqifdən intiqam almaq üçün fürsət axtarması və onunla üzləşməsi kulminasiya nöqtəsidir. Elmi ədəbiyyatda bəzən zirvə də adlandırılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNitqdə komik effektə nail olmaq məqsədilə sözün omonimliyindən və ya çoxmənalılığından istifadə edilməsi; söz oyunu.
Daha çox lətifələrdə rast gəlinir: ilk baxışdan söz öz həqiqi mənasında işlənir, lakin kontekstə görə onu məcazi mənada da başa düşmək olar. Məsələn, Molla Nəsrəddin lətifələrindən birində şəhər hakimi Mollaya öz səhhətindən şikayətlənərək deyir: “Dünən dişim ağrıyırdı. Həkim gəlib dişimi çəkdi. Bu gün də qulağım ağrıyır”. Molla cavabında deyir: “Hə, kaş bir qulaq həkimi də tapılaydı, gəlib sənin qulağını çəkəydi”. Burada “çəkəydi” sözü K. kimi işlənir: “qulağını çəkmək” cəzalandırmaq mənasını verir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. calque – surət, köçürmə
Başqa dilə xas olan mürəkkəb söz və ya frazeologizmin hərfi tərcüməsi.
K.-ların dilin zənginləşməsində böyük rolu vardır. Məsələn, Azərbaycan dilindəki “dəyirmi masa” (ing. round table), “özünütənqid” (rus. самокритика), “beyin fırtınası” (ing. brainstorming) və bu kimi ifadələr müxtəlif dillərdən K. yolu ilə mənimsənilib. Lakin bədii tərcümədə K. çox zaman dil xətalarına yol açır. Məsələn, ingilis dilində “a hot potato” (isti kartof) ifadəsini hərfi tərcümə etmək olmaz, çünki bu dildə həmin ifadə “aktual mövzu” mənasını verir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. kalos – gözəllik + grapho – yazıram, çəkirəm
Təsviri incəsənətin bir növü; gözəl, ornamental xətlə yazı.
K. təkcə gözəl deyil, həm də emosiyaları ifadə edə bilən yazıdır. Şərq ədəbiyyatı və incəsənətində islam dininin yayılmasından sonra xeyli inkişaf etmişdi. Bir sıra xəttatlar həm də ustad kalliqraf idilər. Onlar kitabın üzlüyünü və bəzi səhifələrini kalliqrafik naxışlarla bəzəyirdilər. İslam dininə görə şəkil çəkmək qadağan olunduğundan bəzi kalliqrafik yazılar müəyyən fiqurları xatırladırdı. Məsələn, “Qurani-Kərim”in “Fil” surəsinin mətni filə bənzədilirdi. K. sənəti Qərbdə və Uzaq Şərqdə də inkişaf edib. Tətbiqi incəsənətdə də K.-dan geniş istifadə edilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. qanun > yun. kanon – norma, qayda
Ədəbiyyat nəzəriyyəsində ehkam formasını almış yaradıcılıq qaydaları və normalar sistemi.
Daha çox qədim və orta əsrlər ədəbiyyatına xas olan məfhumdur. Hər bir klassik janrın bədii xüsusiyyətlər məcmusu K. sayılır. Əruzun bəhrləri, qəzəl, qəsidə kimi janrlarda qafiyə sistemi və s. K. hesab edilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyap. – xan şeirləri
Yapon poeziyasının spesifik janrı: yaponların Çin dilində yazdıqları, adətən, dörd və ya səkkiz misradan ibarət şeir.
K. ədəbi ənənəsi qədim zamanlardan başlayaraq fasilələrlə XX əsrə qədər gəlib çıxıb. Janrın ən böyük populyarlıq qazandığı XVII əsr çox zaman çindilli yapon ədəbiyyatının qızıl dövrü adlandırılır. Hazırda K. yazmaq ənənəsi yalnız bəzi həvəskarlar tərəfindən davam etdirilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti