Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

omonim

yun. homo – eyni + onyma – adlı

Eyni cür səs­lə­nən, lakin mənaca fərqlənən sözlərdən hər biri.

Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər; məs.: qat (qatmaq – feil) – qat (lay – isim). Omonimlik müəyyən edilərkən sözün kökü əsas götürülür. Sözə şəkilçi qoşul­duqdan sonra eyniləşən sözlər omonimlik yaratmır; məs.: qazan (isim), qazan (feili sifət – quyu qazan); iti (sifət), iti (ismin təsirlik halı) və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti