ər. – tənə etmək, toxunmaq
Kontekstə görə əks mənada başa düşülən tərif; istehza, ironiya.
Burada ifadənin ilkin mənası ilə kontekstdə təzahür edən alt mənası arasında ziddiyyət yaradılır. Müəllif tənqid etmək istədiyi obyekti birbaşa ifşa etmək əvəzinə onun haqqında yalandan tərif söyləməklə həmin obyektə qarşı daha təsirli antipatiya yaratmağa çalışır:
Doğrudan da, Məmdəli, qeyrət halal olsun sənə,
Verdiyin məşruteyi-millət halal olsun sənə. (M.Ə.Sabir)
Nümunədə şair fikirlərini həqiqi mənada deməyib. 1905-ci ildə İran şahı Məhəmmədəlinin riyakarlığı, xalqa azadlıq vəd etsə də, hiyləgərlik etməsi kinayəli şəkildə ifadə olunub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti