lat. – hekayət, təmsil
Müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığı.
Ədəbiyyatşünaslıqda çox zaman “fabula” və “süjet” anlayışları eyniləşdirilir. Əgər müəllif hadisələri baş verdiyi xronoloji ardıcıllıqla qələmə alırsa, əsərin fabula və süjeti üst-üstə düşür. Lakin bəzi hallarda müəlliflər oxucuda maraq oyatmaq, onu gərginlikdə saxlamaq məqsədilə bu ardıcıllığı dəyişir, məsələn, sonda baş vermiş bir hadisəni əsərin əvvəlində təsvir edirlər. Belə olduqda hadisələrin həyatda başvermə ardıcıllığı ilə əsərdəki ardıcıllığı arasında fərq yaranır. Fabula hadisələrin məhz müəllif tərəfindən qələmə alındığı ardıcıllığı nəzərdə tutur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. farce > lat. farcio – doldururam
XIV-XVI əsrlər Avropa, xüsusilə Fransa ədəbiyyatı və teatrında xalq tamaşalarının bir növü: məişət mövzusunda yüngül komediya.
Dramaturgiyanın qədim növlərindən olan fars Fransada şəhər əhalisi arasında, tacir və sənətkarlar mühitində çox yayılmışdı. Bir sıra hallarda dram tamaşalarında fasilələr zamanı gərginliyi azaltmaq üçün oynanılırdı. Farslarda qarınqululuq, sərxoşluq, xəsislik kimi xüsusiyyətlər tənqid olunur. Komizm, satira elementlərindən istifadə farsın əsas xüsusiyyətləridir. Buradakı obrazlar individual xarakter kimi deyil, sosial tip kimi təqdim olunur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜmumi qrammatik mənasına görə hərəkət bildirən, formaca zaman, şəxs və s. qrammatik kateqoriyaları ifadə edən əsas nitq hissəsi.
Feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Hərəkətin icra edilib-edilməməsinə görə təsdiq və inkarda olur. Sözlərlə əlaqəyə girdikdə, adətən, əsas tərəf kimi çıxış edir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil.
Xüsusi şəkilçiləri bunlardır: -ıb4, -anda2, -arkən2, -araq2, -ar2-maz2, -dıqda4, -ınca4, -madan2, a2-a2 və s. Feili bağlamanın feillə ortaq xüsusiyyətləri bunlardır: 1) leksik mənasına görə iş və hərəkət anlayışı bildirir: gəldi – gəlib (çatdı); 2) növ şəkilçisi qəbul edir: baxıldı – baxılarkən; döyüşdü – döyüşəndə; 3) təsdiq və inkarda olur: açanda – açmayanda və s. Feili bağlama bir sıra cəhətlərinə görə zərfə yaxındır: 1) qrammatik şəkilçi qəbul etmir; 2) yanaşma əlaqəsində tabe olan tərəf kimi çıxış edir; 3) zaman, miqdar, tərzi-hərəkət kimi anlayışları bildirir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFeili bağlama ilə işlənib özündən əvvələ söz toplayan və cümlənin mürəkkəb zərfliyi kimi çıxış edən tərkib.
Nümunə: Əkbər kitabı stolun üstünə qoyub lövhəyə yaxınlaşdı. Tərkibin yaranmasında bütün feili bağlama şəkilçiləri iştirak edə bilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsas tərəfi təsriflənməyən feillərdən ibarət olan söz birləşməsi.
Nümunə: film izləyən, məktubu oxuyanda, dərsə hazırlaşmaq və s. Feili birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır: məsdər tərkibi, feili sifət tərkibi və feili bağlama tərkibi.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFeilin təsriflənən formaları (feilin əmr, xəbər, vacib, arzu, lazım və şərt şəkilləri) və feili frazeoloji birləşmələrlə ifadə olunan xəbər.
Nümunə: Təzə cihaz alınmalıdır. Sabah gedəsiyik. Mən birinci olmaq istəyirəm. Düşmən dərdə düşsün. Vəli dərindən bir ah çəkdi. Feili xəbər nə etmək? sualının müxtəlif şəkil və zamanlara görə dəyişən formalarına cavab verir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəm feilin, həm də sifətin xüsusiyyətini daşıyan təsriflənməyən feil.
Feili sifətlərdə feilə məxsus cəhətlər bunlardır: 1) zaman məzmunlu olur: yatmış, yatan, deyiləsi; 2) növ bildirir: yazan, yazılan, yazışan; 3) təsdiq və ya inkarda olur: danış, yazma. Feili sifətdə sifətə məxsus cəhətlər bunlardır: 1) əşyanın əlamətini bildirir: qırılmış (hansı?) budaq; 2) necə? nə cür? hansı? suallarından birinə cavab verir; 3) aid olduğu ismin əvvəlində gəlir; 4) cümlədə təyin vəzifəsində işlənir; 5) bəzən xəbərlik şəkilçiləri qəbul edə bilir və ismi xəbər olur: Bu kitab dünən oxuduğundur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin gələcəkdə icrasının arzu edildiyini bildirən feil şəkli.
Feilin arzu şəkli feilə -a2 şəkilçisinin artırılması ilə düzəlir; məs.: tap-a, tapıl-a, qazdır-a, sev-ə, sevil-ə və s. Feil saitlə qurtararsa, şəkilçinin əvvəlinə y samiti əlavə edilir; məs.: saxla-ya, gözlə-yə. Feilin arzu şəkli zamanlara görə dəyişə bilməsə də, məzmununda gələcək zaman anlayışı var. Arzu şəklində feildən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir; məs.: gərək (kaş) dayan-a, gərək (kaş) səslə-yə və s. Arzu şəkli hərəkətin neçənci şəxsə aid olduğunu göstərmək üçün şəxs şəkilçilərini qəbul edərək şəxsə görə dəyişir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin icrasının əmr edildiyini bildirən, yalnız şəxs şəkilçisi qəbul edən feil şəkli.
Məsələn: gətir (–), dinlə-y-in, gül-ək, oxu-y-um və s. Hər bir feilin kökü II şəxsin təkində əmr şəklindədir: oxu, apar. Digər şəxslərdə əmr şəkli feil kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini artırmaqla düzəlir: I şəxs təkdə: -ım4 (-yım4), cəmdə: -aq, -ək (-yaq, -yək); II şəxs cəmdə: -ın4(-yın4); III şəxs təkdə: -sın4, cəmdə: -sın4 (-lar2). Feilin əmr şəkli məzmunca indiki, yaxud gələcək zamanı bildirir; məs.: yazım, yazaq, yaz, yazın, yazsın, yazsınlar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXüsusi şəkilçisi olmayıb zaman və şəxs şəkilçiləri ilə düzələn, işin nə zaman və kim tərəfindən görüldüyünü bildirən feil şəkli.
Xəbər şəklində olan feil zamana və şəxsə görə dəyişir: baxdım, baxdınız, baxdılar (şühudi keçmiş zaman), baxmışıq, baxıbsan, baxıblar (nəqli keçmiş zaman), baxır, baxıram, baxırsınız (indiki zaman), baxacağam, baxacaqsınız, baxacaq (qəti gələcək zaman), baxarıq, baxarsan, baxarlar (qeyri-qəti gələcək zaman).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin başqa şəxsin tapşırığı, xahişi, əmri ilə digər bir şəxs tərəfindən icra olunduğunu göstərən feil növü.
Hərəkətin icrası üçün iki subyektin olması lazım gəlir. Subyektlərdən biri (I subyekt) göstəriş verir, məcbur edir, digəri (II subyekt) onu yerinə yetirir. Bu növ feillər təsirli feillərə -dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir; məs.: yaz+dır+dıq, oxu+t+dum və s. Bu şəkilçilər təsirsiz feillərə qoşulduqda icbar növ yaratmır: O gül+dür+dü. O məni kiməsə oxşa+t+dı və s. Belə feillər də məlum növdədir və icbar növ düzəltmək üçün onlara yenidən icbar növün şəkilçisini artırmaq lazımdır; məs.: Uşağı gül+dür+t. Onu yerində otur+t+dur və s. İcbar növ feilin yeganə növüdür ki, təsirli feillərdən düzəlir və təsirli olaraq qalır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin qarşılıqlı olaraq (qarşı-qarşıya) icrasını bildirən feillər.
Qarşılıq növ feilləri düzəltmək üçün -ış4 (-ş) şəkilçisindən istifadə olunur; məs.: yaz-ış(maq), qucaqla-ş(maq), gör-üş(mək), salamla-ş(maq) və s. Qarşılıq bildirən feillər, əsasən, təsirli feillərdən düzəlir; məs.: döy-üş(mək) və s. -laş2 şəkilçisi ilə adlardan düzələn bəzi feillər də qayıdış növ mənasını bildirsə də, adlardan düzəldiyinə görə məlum növə aid edilir. Məsələn: Dostumla məktub+laş+dıq. Bir xeyli dərd-ləş-dik.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti