Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feilin əmr şəkli

İş və hərəkətin icrasının əmr edildiyini bil­dirən, yalnız şəxs şəkilçisi qəbul edən feil şəkli.

Məsələn: gətir (), dinlə-y-in, gül-ək, oxu-y-um və s. Hər bir feilin kökü II şəxsin təkində əmr şəklindədir: oxu, apar. Digər şəxslərdə əmr şəkli feil kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini artırmaqla düzəlir: I şəxs təkdə: -ım4 (-yım4), cəmdə: -aq, -ək (-yaq, -yək); II şəxs cəmdə: -ın4(-yın4); III şəxs təkdə: -sın4, cəmdə: -sın4 (-lar2). Feilin əmr şəkli məzmunca indiki, yaxud gələcək zamanı bildirir; məs.: yazım, yazaq, yaz, yazın, yazsın, yazsınlar.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti