İşin başqa şəxsin tapşırığı, xahişi, əmri ilə digər bir şəxs tərəfindən icra olunduğunu göstərən feil növü.
Hərəkətin icrası üçün iki subyektin olması lazım gəlir. Subyektlərdən biri (I subyekt) göstəriş verir, məcbur edir, digəri (II subyekt) onu yerinə yetirir. Bu növ feillər təsirli feillərə -dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir; məs.: yaz+dır+dıq, oxu+t+dum və s. Bu şəkilçilər təsirsiz feillərə qoşulduqda icbar növ yaratmır: O gül+dür+dü. O məni kiməsə oxşa+t+dı və s. Belə feillər də məlum növdədir və icbar növ düzəltmək üçün onlara yenidən icbar növün şəkilçisini artırmaq lazımdır; məs.: Uşağı gül+dür+t. Onu yerində otur+t+dur və s. İcbar növ feilin yeganə növüdür ki, təsirli feillərdən düzəlir və təsirli olaraq qalır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti