Haqqında danışılana aid hərəkət və ya hökmü bildirən cümlə üzvü.
Xəbər və mübtəda cümlənin qrammatik əsasını təşkil edən baş üzvlərdir; məs.: Göyərçinlər evlərin damında yuva qurmuşlar. Xəbər nitq hissələri, söz birləşmələri, məsdər, feili sifət tərkibləri, frazeoloji birləşmələr, təsriflənən feillər və s. ilə ifadə olunur; məs.: Uşaqlar həyətdə oynayırdılar. Azərbaycanın elm mərkəzlərindən biri AMEA-dır. Bu şagird məktəbi təzə bitirənlərdəndir. Xəbər ifadə vasitələrinə görə iki cür olur: feili xəbər, ismi xəbər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti