Bədii, bədii-publisistik әsәrlәrdə təzahür edən və ictimai hәyatın mәnfiliklәrini kәskin ifşa edən bədii gülüş.
Satirik gülüşün əsasını tənqid təşkil edir. Satiranın əsas tənqid hədəfi cəmiyyətdəki ədalətsizlik, insan hüquqları və mənəvi dəyərlərin tapdanması kimi sosial məsələlərdir. Ədəbiyyatda satira mühüm ifşa vasitəsidir. Fransız yazıçısı Rable (XVI әsr) vә ingilis yazıçısı Conatan Sviftin (XVIII əsr) feodal quruluşunu, ruhanilәri, hakim siniflәrin ikiüzlülüyünü ifşa edәn satirik әsәrlәri mәşhurdur. Azərbaycan ədəbiyyatında satiranın banisi Q.Zakir hesab olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti