Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil.
Xüsusi şəkilçiləri bunlardır: -ıb4, -anda2, -arkən2, -araq2, -ar2-maz2, -dıqda4, -ınca4, -madan2, a2-a2 və s. Feili bağlamanın feillə ortaq xüsusiyyətləri bunlardır: 1) leksik mənasına görə iş və hərəkət anlayışı bildirir: gəldi – gəlib (çatdı); 2) növ şəkilçisi qəbul edir: baxıldı – baxılarkən; döyüşdü – döyüşəndə; 3) təsdiq və inkarda olur: açanda – açmayanda və s. Feili bağlama bir sıra cəhətlərinə görə zərfə yaxındır: 1) qrammatik şəkilçi qəbul etmir; 2) yanaşma əlaqəsində tabe olan tərəf kimi çıxış edir; 3) zaman, miqdar, tərzi-hərəkət kimi anlayışları bildirir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti