Hərəkət, onun subyekti və obyekti arasında müxtəlif qarşılıqlı əlaqələri əks etdirən feil növləri.
Feilin beş qrammatik məna növü var: məlum növ, məchul növ, qayıdış növ, icbar növ, qarşılıq-birgəlik növ. Feilin qrammatik məna növü bir neçə göstərici əsasında müəyyənləşir: şəkilçi, feilin təsirli və ya təsirsiz olması, hərəkətin icrasında subyektin və obyektin iştirakı. Məlum növün şəkilçisi yoxdur. Digər qrammatik məna növləri xüsusi şəkilçilərlə düzəldiyindən onlar heç vaxt sadə ola bilmir, ya düzəltmə, ya da mürəkkəb olur; məs.: İclasda gənc yazarlara da söz verildi (şəxssiz feil). Döyüşdük (qarşılıq mənalı). İçəri doluşdular (birgəlik mənalı). Məktubu qızıma yazdırdım (icbar növ).
See also: