Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

komizm

yun. komikos – şən, gülməli > komos – Qədim Yunanıstanda şərab ilahı Dionisin şərəfinə keçirilən şənlik

Bədii əsərdə obrazın davranışının, danışığının və ya hər hansı situasiyanın yaratdığı gülüş; bədii gülüş.

Komizmin əsa­sında müəyyən bir təzad və ya ifratçılıq durur (məs.: obrazın iddia etdiyi idealla onun bacarığı arasındakı ziddiyyət). Qədim yunan filosofları gülüşü eybəcərliklə əlaqələndirirdilər. Onların fikrincə, ciddi günah və cinayətlər gülüş obyekti ola bilməz; “gülüşə yalnız yazıqlar və bədbəxtlər layiqdirlər” (Siseron). Beləliklə, antik dövrdə komizm sənətin aşağı, primitiv səviyyəsinə aid edilirdi. Lakin sonrakı dövrlərin ədəbiyyatı göstərdi ki, komizmin sərhədləri çox genişdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti