Məsdərlə işlənib özündən əvvələ söz toplayan və cümlənin mürəkkəb üzvü kimi çıxış edən tərkib.
Məsdər tərkibinin asılı tərəfi isə müxtəlif nitq hissələri ilə ifadə oluna bilər: yaxşı oxumaq, beş almaq, belə danışmaq, oxuyub gəlmək, aşağı düşmək. Məsdər tərkibləri cümlədə müxtəlif sintaktik vəzifədə çıxış edə bilər:
− mübtəda: Onu görmək mənim üçün xoş oldu.
− tamamlıq: Onu görməyi çox arzulamışam.
− ismi xəbər: Mənim məqsədim onu görməkdir.
− məqsəd zərfliyi: Onu görmək üçün kəndə getdim.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti