Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəmriyyat

Klassik ədəbiyyatda şərabı tərənnüm edən qəsidə.

Belə qəsidələr daha çox meyxanalarda – içki məclislərində oxunurdu. Ərəb ədəbiyyatında daha çox yayılıb. X. yazan şairlər içərisində Əbu Nuvas daha məşhurdur. Azərbaycan ədəbiyyatında M.Füzuli yaradıcılığında rast gəlinir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xiastik kalambur

Üslubi fiqur: nitq parçasında eyni sözün bir neçə mənada işlənməsi.

X.K.-da, əsasən, omonim və ya çoxmənalı sözlərdən istifadə olunur:

Söz candır, əgər bilirsə insan,

Sözdür, əgər derlər “özgədir can”. (M.Füzuli)

Harda yumulmuşdu gözümüz bizim,

Satqınlar yer satan, göy satan oldu.

Evindә әrinә naz satan gözәl,

Gәldi küçәlәrdә göy satan oldu. (Z.Yaqub)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xiazm

yun. xiazmos – xaçvarı düzülüş

Üslubi fiqur: iki paralel sintaqmada sözlərin və ya cümlə üzvlərinin əks sıra ilə düzülüşü.

Terminin adı yunan əlifbasındakı “x” (xi) hərfinin xaçvarı forması ilə əlaqədardır. Adətən, X.-da təkrirlə antitezanın elementləri sintez olunur. Sokratın “Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik” aforizmi X.-a ən parlaq nümunələrdən biridir. X.-ın iki tipi fərqləndirilir:

1) Sintaktik X.: bu zaman yanaşı gələn iki cümlədən ikincisi öz sintaktik strukturuna görə birincisinə əks-simmetrik olur, yəni oradakı cümlə üzvlərini əks ardıcıllıqla təkrar edir: Sevinci bölməyə hazırdır hamı, / Heç kəs can atmır qəmi bölməyə (M.Y.Lermontov). Birinci cümlədəki “tamamlıq – xəbər – mübtəda” ardıcıllığı ikinci cümlədə əks ardıcıllıqla əvəz olunur. C.Novruzun şeirindən aşağıdakı parçanı da sintaktik X. nümunəsi hesab etmək olar: Tələsin, insanlar, şadlıq görməyə, / Qəm-qüssə görməyə gecikin bir az.

2) Semantik X.: cümlədə iki və daha artıq leksik vahidin sintaktik funksiyalarının yerdəyişməsi: Ən yaxşı insan daha çox öz fikirləri və başqalarının hisləri ilə yaşayan, ən pis insan başqalarının fikirləri və öz hisləri ilə yaşayandır (L.N.Tolstoy). Canı kim cananı üçün sevsə, cananın sevər, / Canı üçün kim ki cananın sevər, canın sevər. (M.Füzuli)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xronika

yun. chronikos – salnamə

Bədii əsərlərdə hadisələrin zamana görə ardıcıllığı.

Daha çox tarixi romanlara, salnamələrə xasdır. Gündəliklərdə də hadisələrin xronoloji ardıcıllığı gözlənilir, lakin X.-da xarakter, şəxs yox, zamanın özü tarixi prosesin subyekti kimi əsərin mərkəzində durur. Bu baxımdan bəzi ədəbiyyatşünaslar X.-nı janr kimi qəbul edirlər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xronotop

yun. xronos – zaman + topos – yer, məkan

Bədii əsərdə zaman və məkan birliyi.

Bu termin ilk dəfə fiziologiya və psixologiya sahəsində A.Uxtomski tərəfindən işlədilib, sonradan onu M.Baxtin estetikaya gətirib. Klassisizm tərəfdarları buraya hərəkəti də əlavə edərək üçlüyün (məkan, zaman, hərəkət) vəhdəti prinsipinə əsaslanıblar. X. epik və dramatik əsərlər üçün xarakterikdir, süjet, kompozisiyaideyanı açmaqda mühüm rol oynayır. X. əsərin formasını, bədii təsvir vasitələrini şərtləndirən amillərdən biri kimi qəbul edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xüruc

ər. – kənara çıxma

Klassik şeirdə qafiyə elementi: vəsldən sonra hərəkə ilə işarə olunan sait səs.

Nümunə:

Bir-bir eşidib sözün atası,

Bildi ki, qəbul olur duası. (M.Füzuli)

Burada qafiyə təşkil edən atasıduası sözlərindəki “a” rəvi, “s” vəsl, “ı” saiti isə X.-dur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti