Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

vəsl

Klassik şeirdə qafiyə elementi: qafiyə yaradan sözdə rəviyə birləşən ilk hərf.

Məsələn:

Bu günləri kim qəm içrə zarəm,

Hicran ələmiylə biqərarəm.

Tədbir ilə döndərib məzacın,

Sövdasının eyləsin əlacın. (M.Füzuli)

Birinci beytdə “zarəm” və “biqərarəm” qafiyəsində “r” samiti rəvi, “m” samiti isə V.-dir. İkinci beytdəki “məzacın” və “əlacın” qafiyə sözlərində isə “c” samiti rəvi, “n” samiti V.-dir. Onlar bir-biri ilə qısa sait səs (hərəkə) vasitəsilə əlaqələndirilib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti