yap. – yüngül şeir
Yapon poeziyasında kiçikhəcmli, etüd xarakterli lirik şeir janrı; yapon üçlüyü.
Bəzən “haiku” və ya “hayku” da deyilir. XIV əsrdə formalaşmış janrdır. Yapon dilində X. 17 hecadan ibarət olub heroqliflərlə bir sütunda yazılır. Onu başqa dillərə, adətən, 5, 7, 5 hecalıq 3 misradan ibarət qafiyəsiz şeir kimi tərcümə edirlər. Müəllifin ustalığı az sözlə oxucuya hadisə və ya peyzajla bağlı təəssüratını, emosiyasını çatdırmaqdır. Ən məşhur X. ustaları Matsuo Basö, Yosa Buson, Kobayaşi İssa və Masaoka Şiki hesab olunur. Bu şeir şəkli bir çox xalqlar tərəfindən tərcümə olunduqdan sonra həmin xalqların da ədəbiyyatında istifadə olunmağa başlayıb. X. ustaları xaydzin adlanır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti