yun. aisthetikos – hiss edən, həssas
Yaradıcılığın müxtəlif sahələrində bədiiliyin və obrazlılığın təzahürlərini öyrənən fəlsəfi elm.
Qədim dövrlərdən bəri E. termini iki mənada işlənib: “gözəllik fəlsəfəsi” və “incəsənət fəlsəfəsi”. İkinci mənada E. insan fəaliyyətinin digər formaları ilə müqayisədə bədii yaradıcılığın özünəməxsusluğunu, onun müxtəlif formalarının (növlər, janrlar) yaranma qanunauyğunluqlarını, bu formaların tarixi modifikasiyalarını (ədəbi cərəyanlar, bədii üslublar, metodlar), mədəniyyətdəki rolu və yerini, bədii yaradıcılıq prosesini və sənət əsərlərinin insan tərəfindən qavranılma xüsusiyyətlərini öyrənən elm sahəsidir. Bu baxımdan E. ədəbiyyat nəzəriyyəsinin və tarixinin daha dərin fəlsəfi qatıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti