fr. jenre – tip, növ
Müəyyən məzmun və forma xüsusiyyətlərinə görə tarixən formalaşmış əsər tipi.
İstənilən əsər müəyyən meyar və prinsiplər əsasında bu və ya digər janra aid edilir. Hər bir ədəbi növün (lirik, epik, dramatik) öz klassik janrları vardır. Müəyyən kanonların və bədii ehkamların ciddi gözlənildiyi qədim dövr ədəbiyyatı ilə müqayisədə yeni dövrdə janrlar arasında sərhəd bir qədər yayğın xarakter alır. Müəlliflər klassik janrların müxtəlif modifikasiyalarını yaratmışlar ki, buna janr tipləri də deyilir. Məsələn, dramatik janr olan komediyanın vodevil, fars, operetta kimi növləri yaranmışdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti