Orta əsrlər Şərq ədəbiyyatında bədii nәsrin epik janrlarından biri.
Ərәb, fars-tacik vә yәhudi ədəbiyyatında geniş yayılmışdı. Qafiyәli nәsrlә yazılırdı. İlk görkәmli yaradıcıları Ərәb xilafəti dövründә yaşamış әl-Hәmәzani vә əl-Hәriridir. Adәtәn, çox kәlәkbaz, çevik adam kimi təsvir olunan M. qәhrәmanı xilafәtin hökm sürdüyü ölkәlәri sәyahәt edәrәk müxtәlif kәlәklәrlә çörәkpulu qazanır. Onların hәyatı xilafәt dövrü haqqında müəyyən tәsәvvür yaradır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsasən, imamların faciəli ölümü mövzusunda yazılmış əsər.
Xüsusilə İmam Hüseynin Kərbəlada şəhid edilməsindən bəhs edir. M. eyni zamanda mərsiyə kimi də başa düşülə bilər. Fərq ondan ibarətdir ki, mərsiyələr müxtəlif insanların həyatı ilə bağlı ola bilər, M.-lər isə yalnız imamların şəhidliyi ilə bağlıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta əsrlər Şərq ədəbiyyatında yayılmış bioqrafik səciyyəli əsərlər.
Konkret bir şәxsin hәyat vә yaradıcılığını әks etdirәn belә әsərlәrin böyük bir qismi klassik yazıçılara hәsr olunub. Elmi vә bәdii üslubu sintez edәn M.-də yazıçının həyatının әlamәtdar hadisәlәri, onun şәxsiyyәti, әdәbi mühiti, әsәrlәri, sәnәtinin xalqa tәsiri vә s. cəhәtlәr tәsvir olunur. Firidun bәy Köçәrli “Azәrbaycan әdәbiyyatı”nda, Mәhәmmәdәli Tәrbiyәt “Danişmәndani-Azәrbaycan” әsәrindә M. janrına müraciət ediblər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta әsrlәr Şәrq, o cümlәdәn Azәrbaycan poeziyasında geniş yayılmış, ölümlә, yasla әlaqәdar kәdәrli şeir.
Dini şəxsiyyətlərin, müqəddəslərin, hökmdarların, xalq qəhrəmanlarının və başqalarının ölümündən doğan kədəri ifadə edən şeirdir. M. məzmununa görə şifahi xalq ədəbiyyatındakı ağıları xatırlatsa da, kompozisiya, üslub vә dil cәhәtdәn ondan çox fәrqlәnir. Fәxriyyә vә mәdhiyyә kimi, M.-nin dә müәyyәn konkret әdәbi forması yoxdur. O, çox vaxt qәsidә vә mәsnәvi şәklindә yazılır. Tәk-tәk hallarda qәzәl vә başqa şәkillәrdә dә M.-lәrә tәsadüf olunur. Ədəbiyyatımızda Ə.Xaqaninin oğlunun ölümünə həsr etdiyi M. çox məşhurdur. M.Ə.Sabir Həsən bəy Zərdabinin ölümü ilə bağlı M. yazıb. M.Füzulinin M.-ləri isə daha çox dini şəxsiyyətlərlə bağlı yazılıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMənşəyi müəyyən əhvalatla (rəvayət, lətifə və s. ilə) bağlı olan və ona bənzər situasiyanı səciyyələndirmək üçün işlədilən məşhur ifadə.
M. şifahi xalq yaradıcılığının kiçikhəcmli janrlarından sayılır. Söz birləşməsi (“birgünlük xəlifə”) və ya cümlə (“Bişmiş toyuğun gülməyi gəlir”) şəklində olur. M.-i atalar sözlərindən fərqləndirən əsas cəhətlər:
1) onun müdrik fikir ifadə etməməsi (yalnız situasiyanı səciyyələndirməsi),
2) məşhur əhvalatla bağlı olmasıdır.
Lakin bəzən M.-lə atalar sözləri arasında dəqiq sərhəd qoymaq çətin olur. Məsələn, “Hamıya qulaq assan, gərək eşşəyi dalına alasan” (Molla Nəsrəddin) və ya “El bir olsa, dağ oynadar yerindən” (A.Tufarqanlı) müdrik fikir ifadə etməsi baxımından atalar sözünə, etimologiya baxımından M.-ə aid edilə bilər. M.-də fikir tam, bitkin olmur, o, müstəqil işlənə bilmir. M. o vaxt effektli olur ki, səciyyələndirdiyi vəziyyət bağlı olduğu əhvalatla üst-üstə düşsün. Rəvayət və lətifələrlə yanaşı, bədii əsərlər və filmlərlə bağlı M.-lər də geniş yayılıb: “Heç hənanın yeridir” (Ü.Hacıbəyli), “Könüldən könülə yollar görünür” (S.Vurğun).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDaxili məntiqi-struktur əlaqələri olan cümlələrdən təşkil olunmuş, müəyyən məzmuna malik nitq parçası.
M. müəyyən mövzuya həsr olunur və buradakı əsas və yardımçı məlumatlar həmin mövzunu açmağa xidmət edir. M.-ə, adətən, başlıq qoyulur. M.-in başlanğıcı və sonu olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsərləri ilkin əlyazmalar və nəşrlər əsasında tədqiq edən ədəbiyyatşünaslıq sahәsi.
Mətnşünas әdәbi әsәrlәrin yaranma tarixini vә onların mәtninin müəllif versiyasına uyğunluğunu tәdqiq edir, bu əsərlərin akademik nəşrinin hazırlanması üçün elmi araşdırmalar aparır, nәşri zәruri izahlar vә qeydlәrlә tәmin edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. mövla, məvali – sahib; azad olmuş qullar
VII–VIII əsrlərdə ərəb dilində yazıb-yaradan qeyri-ərəb şairlər.
İslamın ilk dövrlərində müsəlmanlığı qəbul etmiş, ərəblərin içərisində yaşamış qeyri-ərəblərə məvali deyilirdi. Həmin dövrdə Musa Şəhəvat, İsmayıl İbn Yəsar, Əbül-Abbas əl-Əma və əslən azərbaycanlı olan başqa şairlər haqqında müxtəlif mənbələrdə məlumat verilir. Məsələn, İbn Qüteybə özünün “Kitab-əş-şeir və şüəra” əsərində yazır: “Mədinədə məvalilərdən elə bir şair yoxdur ki, əslən Azərbaycandan olmasın”. Ərəbdilli poeziyanın inkişafında danılmaz xidmətləri olan bu şairlər öz xalqının bədii və fəlsəfi təfəkkürü ilə sıx bağlı olmuş, başqa xalqların nümayəndələrinə həqarətlə baxan ərəb zadəganlarına kəskin cavab verməkdən çəkinməmişlər. İsmayıl İbn Yəsardan ərəb xəlifəsinin sarayında mədhiyyə gözlənildiyi halda, onun mənsub olduğu xalqın mədəniyyətindən, şücaətindən söhbət açdığı, buna görə cəzalandırıldığı, sürgün edildiyi məlumdur. Mənbələrdə o hətta şüubi şair kimi təqdim edilib: “İsmayıl həddindən artıq əcəm təəssübkeşi olan bir şüub idi”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti