1. Bəzi dövlət orqanlarında, özəl müəssisələrdə, o cümlədən kütləvi informasiya vasitələrində rəhbərliyə öz ixtisası üzrə məsləhət verən təcrübəli şəxs.
2. Bəzi dövlət orqanlarında, özəl müəssisələrdə, o cümlədən kütləvi informasiya vasitələrində rəhbərliyə öz ixtisası üzrə məsləhət verən şəxsin tutduğu vəzifə.
Jurnalistika terminləri lüğətiÜzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə, hərəkətlərinə və onların nəticələrinə görə fərdin, yaxud kollektivin daşıdığı cavabdehlik.
Mənəvi məsuliyyət etik prinsiplər və daxili əsasnamələrin pozuntusundan irəli gəlir və qınaq, töhmət, vəzifədən, yaxud işdən çıxarılmaqla cəzalandırılır. Hüquqi məsuliyyət isə qanunla tənzimlənən normaların pozuntusundan irəli gəlir və mülki, inzibati, yaxud cinayət qaydasında cəzalandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiFərdin, yaxud kollektivin öz vəzifələrini yerinə yetirməməsinə, qanundankənar hərəkətlərinin mənfi nəticələrinə görə cavabdehliyinin onların üzərindən götürülməsi.
Azərbaycan qanunvericiliyinə əsasən, həqiqətəuyğun olmayan məlumatların yayılmasını görə redaksiya, məsul redaktor və jurnalist bəzi hallarda məsuliyyətdən azad edilir. Buraya həmin məlumatların rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayıldığı, informasiya agentliklərindən və ya digər mətbuat xidmətlərindən alındığı, başqa kütləvi informasiya vasitəsindən götürüldüyü və təkzib olunmadığı, Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edildiyi, canlı yayımla efirə gedən çıxışlarda səsləndirildiyi, yaxud qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə verildiyi hallar daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHüquq normalarının, etik prinsiplərin, daxili əsasnamələrin pozulmasında təqsirli olan fərdlərə, kollektivlərə qarşı cəza tədbirlərinin görülməsi.
Jurnalistlər bu norma, prinsip və əsasnamələrin tələblərinə əməl etmədikdə dövlət orqanları tərəfindən hüquqi məsuliyyətə, yaxud jurnalist təşkilatları, redaksiyalar tərəfindən mənəvi məsuliyyətə cəlb olunurlar. Qanunvericiliyə görə, KİV-in təsisçilərinin, naşirlərinin, redaksiyalarının, məsul redaktorlarının, yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə senzura qoymaq, peşə müstəqilliyini pozmaq, tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə, yaxud məhv etmək, habelə media əməkdaşlarının digər hüquqlarını pozmaq kimi əməllər mülki, inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
Jurnalistika terminləri lüğətiər. – sıxma, basma
Çap kütləvi informasiya vasitələrinin məcmusu.
Mətbuat deyəndə, əsasən, qəzetlər, jurnallar, digər dövri nəşrlər nəzərdə tutulur. Bir çox hallarda elektron nəşrlər də M.-a aid edilir. Misal: «Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur» (M.Ə.Rəsulzadə).
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiVətəndaşların sərbəst şəkildə, dövlətin senzurası olmadan istənilən kütləvi informasiya vasitəsi təsis etmək, istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı.
M.A. vətəndaşların konstitusiya ilə təsbit edilmiş ən qədim özəl hüquqlarından biri, fikir və söz azadlığının tərkib hissəsidir. O, ilk dəfə 1789-cu ildə Fransada “İnsan və vətəndaş haqları deklarasiyası”nda elan olunub. Yeni konstitusiyalarda, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında və beynəlxalq sənədlərdə M.A. anlayışı, əsasən, «məlumat azadlığı», «informasiya azadlığı» şəklində ifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDünya ölkələrində, ayrı-ayrı bölgələrdə mətbuat azadlığının səviyyəsini əks etdirən siyahı, hesabat. □ İndeks tərtib edilərkən hər bir ölkədə mətbuat azadlığının səviyyəsi eyni göstəricilər üzrə yerli mənbələrdən alınmış məlumatlara əsasən qiymətləndirilir. «Sərhədsiz reportyorlar», Freedom House kimi beynəlxalq təşkilatlar bütün dünyada, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu kimi regional qurumlar isə ayrı-ayrı bölgələr üzrə M.A.İ. hazırlayır, siyahıya salınmış ölkələrdə mətbuat azadlığının səviyyəsinin müqayisəli təhlilini aparır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMətbuat azadlığının verdiyi hüquq və imkanlardan peşə prinsiplərini pozmaq, qanunun tələblərindən kənara çıxmaq,
cinayət əməli törətmək üçün istifadə.
M.A.S-İ.-yə yol verən şəxs buna görə məsuliyyətə cəlb edilə bilər. Azərbaycan qanunvericiliyi kütləvi informasiya vasitələrindən aşağıdakı məqsədlərlə istifadəni M.A.S-İ. kimi qiymətləndirir və bunu qadağan edir: qanunla qorunan sirləri yaymaq; mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə qəsd etməyə çağırmaq; müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək; mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək; böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Mətbuat konfransları, müəllif gecələri, görüşlər, media işçilərinin iştirakı ilə bu kimi tədbirlər keçirmək üçün nəzərdə tutulmuş jurnalist mərkəzi.
2. Bəzi ölkələrdə kütləvi informasiya vasitələri redaksiyalarının, müxbir məntəqələrinin, həmçinin böyük mətbəənin yerləşdiyi bina, kompleks.
Misal: «Bu gün Qroznıda yaraqlıların 20 gün əvvəl yandırdıqları Mətbuat evinin təntənəli açılış mərasimi oldu: burada bütün respublika qəzetlərinin redaksiyaları, federal kanalların və informasiya agentliklərinin müxbir məntəqələri yerləşir» (RBK kanalı).
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTəşkilatın, müəssisənin tərkibində informasiyanın toplanması, məlumatların hazırlanması və ötürülməsi ilə məşğul olan çevik bölmə, struktur vahidi.
M.X. təmsil etdiyi qurumlarla KİV arasında əlaqələndirici rol oynayır. Onun əsas vəzifələri təmsilçisi olduğu qurumun fəaliyyəti haqqında dəqiq, dolğun və operativ məlumatların KİV tərəfindən geniş yayılmasını təmin etmək, habelə akkreditədən keçmiş jurnalistlərə lazımi iş şəraiti yaratmaqdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Dövri nəşrlərdə dərc olunmuş mühüm materialların məzmun və mahiyyəti barədə qısa məlumat.
2. Televiziya və radio kanallarında tamaşaçı və dinləyici auditoriyasına qəzetlərin gündəmə çıxardığı əsas məsələlər barədə qısa məlumat vermək üçün kiçik veriliş, yaxud verilişin bir bölməsi.
Adətən, M.X. üçün materiallar onların hansısa bir, yaxud bir neçə xüsusiyyətini əsas götürməklə seçilir; məsələn: televiziya verilişlərində qəzetlərin manşetlərinə diqqət yetirilir; kommersiya təşkilatlarında M.X.-nə məhz bu təşkilat və bazarda onun rəqibləri haqqında materiallardan çıxarışlar salınır və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti