Reklam
Reklam

Все словари

taymer [taymer] isim ingilis

Jurnalistika. Elektron avadanlıqlarda zaman inter­valları barədə informasiyanı idarə­edici proq­rama ötürən qurğu.

Azərbaycan dilinin izahlı lüğəti

tayfun

çin. – güclü külək

Asiyanı cənubdan və şərqdən əhatə edən dənizlərdə çox güclü tropik siklon.

T., əsasən, yayda və payızda yaranır, onun mərkəzində dəniz üzərində ən aşağı atmosfer təzyiqi müşahidə edilir. T.-lar olduqca təhlükəlidir, 1971-ci ildə T. nəticəsində dəniz qəflətən 10 metrə qədər qalxmış, alçaq yerləri basmış, həddən artıq böyük dağıntılar və tələfat törətmişdi.

Coğrafiya terminləri lüğəti

tayqa

türk. – keçilməz meşə

Avropa, Asiya və Amerikanın şimalında çətin keçilən iynəyarpaqlı meşə zolağı.

T. meşələri, əsasən, mülayim iqlim qurşağının şimalında yerləşir, onlara daha çox Rusiya, Kanada və Şimali Avropa ölkələri ərazisində rast gəlinir. T.-da işıq az olduğu üçün alt mərtəbənin bitki örtüyü, demək olar, eyni tiplidir, müxtəlif kollardan, mamır-şibyədən ibarətdir. Şimali Amerika və Kanadanın T.-sında küknar və qismən enliyarpaqlı ağaclar bitir, Şimali Avropada küknar, Ural ərazisində şam, Sibirdə qaraşam üstünlük təşkil edir. T.-da heyvanlar aləmi tundraya nisbətən zəngin, enliyarpaqlı meşələrə nisbətən kasıbdır. Burada yalnız T.-ya xas olan canlı növlərinə rast gəlinir. Faunasının arealına görə T.-nı Asiya, Avrasiya, Avrasiya-Amerika, Amerika kimi tiplərə ayırmaq olar.

Coğrafiya terminləri lüğəti

tayms nyu roman

ing. Times New Ro­man

Yazılışı və oxunuşu asan olan, ­çox­işlənən kərtikli şrift qarnituru.

Bu qar­­nituru Londonda The Times qəzetini keyfiyyətsiz çapa görə davamlı tənqid edən mətbəə mühəndisi Stenli Morison və rəs­sam Viktor Lardent yaradıblar. İlk dəfə 1932-ci ildə həmin qəzetdə istifadə olun­muş T.N.R.-ın əsas üstünlüyü onun fərqli dizaynında, asan oxunmasında və yığ­cam­lığına görə səhifədə az yer tutmasındadır.

Jurnalistika terminləri lüğəti