Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

zaman kodu

1. Çəkiliş zamanı görüntü və səslə yanaşı, ayrıca kanalda qeydə alınan zaman göstəriciləri.

Z.K. səsi və görüntünü sinxronlaşdırmağa, montajı asan­lışdır­mağa, axtarılan kadrı tez tapmağa kö­­mək edir.

2. Video və fotoçəkiliş apa­rılarkən, lent çoxaldılarkən, şəkillər dərc edilərkən kadr­ların üzərində qeyd olunan zaman göstə­riciləri.

Bu göstəricilər hər hansı hadisənin baş verdiyi vaxtı müəy­yənləş­dir­məyə, prosesin ardıcıllığı və sürətini iz­ləməyə, həmçinin videolentdə axtarılan kadrları tez tapmağa gömək edir.

3. Video­lentə baxış, yaxud efir vaxtı kadrların, epi­zodların zaman ölçülərinə görə bölünərək qeydə alındığı sənəd.

Jurnalistika terminləri lüğəti