1. Ərəbcə əbəd (əbədi) sözünün cəmidir, “həmişəlik” deməkdir.
2. Farsca isə “şən” mənasını verir, abadan sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Şəmsi təqvimlə 8-ci ayın adıdır (23 oktyabrdan 21 noyabra qədərki dövrü əhatə edir). Şəxs adı kimi buradan (ay adından) götürülüb. Digər aylar bunlardır: fərvərdin, ordibehişt, xordad, tir, mordad, şəhrivər, mehr, aban, dey, bəhmən, esfend. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, çox mənası var, ən çox “dərviş”, “dilənçi”, “müqəddəs”, “qul” mənalarında işlədilir. Sözün “müqəddəs” mənası bədil (əvəzlənmə) kəlməsi ilə də bağlı ola bilər: Bu söz dialektlərdə “bilikli” (Kürdəmir), “yetim” (Xaçmaz) və s. mənalarda işlədilir. Bədəl sözü ilə kökdaşdır və Məhəmməd Peyğəmbər (s.a.v.) gözəl işlərini davam etdirməklə onu əvəz etməyə səy göstərənlərə, peyğəmbərin yaxın qohumlarının davamçılarına aiddir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAb farsca “su” deməkdir, duğ isə “qatıq”. Qatıqla suyu qarışdırıb atlayaraq alınan ayrana abduğ deyirlər. Farslarda duğab sözü də var, “məhlul” anlamında işlədilir. Müasir Azərbaycan ədəbi dilində bu söz ovduq şəklində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti