Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

areal

lat. area – sahə

Hər hansı bitki və ya heyvan növünün Yer səthində, akvatoriyada yayıldığı sahə.

Növün yarandığı yer onun ilkin A.-ı sayılır. İlkin A. növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə, yaxud onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növ və orqanizm qrupları kosmopolit A.-a, yalnız məhdud ərazidə rast gəlinən növ və orqanizm qrupları isə endemik A.-a malikdir. Ayrı-ayrı növlər, coğrafi ərazilər üçün A. xəritələri, həmçinin Yer kürəsi miqyasında qlobal A. xəritələri mövcuddur. A.-ların müqayisəli şəkildə öyrənilməsi florafaunanın tədqiqində böyük əhəmiyyət kəsb edir.

Coğrafiya terminləri lüğəti