yun. lakkos – quyu, dərinlik + yun. lithos – daş
Yer səthinə çatmadan dağ süxurlarının qatlarında donub-qalmış maqmanın yaratdığı müsbət relyef forması.
Maqma səthə çıxmağa yol tapmır və süxurları sıxaraq günbəz şəklində yuxarı qaldırır. Mahiyyət etibarilə L. – torpağın altında bərkimiş maqma topasıdır. Bəzən külək torpaq örtüyünü sovurur və bu daş özəyi alçaq dağ şəklində üzə çıxarır; məsələn, Krım yarımadasında Ayı dağı belə yaranıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. land – yer, torpaq
1. Təbii və ya siyasi sərhədlər daxilində sahə.
Bəzi ölkələrdə L. – inzibati ərazi vahididir: Bazel-lənd (İsveçrə), Boytzenburqer-lənd (Almaniya). Bir çox coğrafi termin, anlayış və toponimlərdə orijinal yazılışına uyğun "land" sözünə rast gəlinir. İrlandiya, İslandiya, Şotlandiya, Qrenlandiya, Zelandiya, landşaft və s.
2. Rütubətli dəniz iqlimində qum təpələri, bataqlıq və kolluqlardan ibarət sahil zolağı; məs.: Fransada Biskay körfəzinin sahilində belə L.-lar çoxdur.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + lat. architectura < yun. architekton – inşaatçı
Arxitektura obyektlərinin, ərazidə aparılan tikinti, yenidənqurma işlərinin təbii landşaftın elementləri ilə harmonik vəhdətini təmin etmək bacarığı, bunun üsul və formaları.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + yun. oikos – məkan, ev + yun. logos – elm, təlim
Landşaft müxtəlifliyinin, landşaft elementlərinin ətraf mühitə, o cümlədən təbiətdə enerjinin paylanmasına təsirini və əks-təsir əlaqələrini kompleks şəkildə öyrənən elm sahəsi.
L.E. həm coğrafiya, həm də ekologiya ilə sıx bağlıdır, mahiyyət etibarilə “geoekologiya” termininin sinonimidir. L.E. terminini 1939-cu ildə alman coğrafiyaşünası Karl Troll təklif edib. L.E. elminin yaranması və inkişafında onun böyük rolu olub.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + yun. zone – qurşaq
Oxşar iqlim və rütubət rejimi, buna uyğun landşaft formalarına malik böyük quru, yaxud su sahəsi.
L.Z. enli zolaq şəklində bir və ya bir neçə materik boyu uzana bilər. O, coğrafi qurşağın tərkib hissəsidir.
Coğrafiya terminləri lüğətiBu və ya digər maddənin, eləcə də enerjinin təbii həddən yüksək olması nəticəsində landşaftın dağıdıcı təsirə məruz qalması.
L.Ç. həm təbii (vulkan püskürməsi, torpağın tərkibində duzların artması), həm də antropogen faktorların təzyiqi altında baş verə bilər. Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (tozun, qumun və s.-nin toplanması) və termik anomaliyaların yaranması ilə nəticələnir. Çox vaxt landşaftın komponentlərindən birinin çirklənməsi (məsələn: havanın) digər komponentlərə də (bitki örtüyü, torpaq və s.) ciddi ziyan vurur.
Coğrafiya terminləri lüğəti