yun. oikos – məkan, ev + yun. logos – söz, elm, təlim
Orqanizmlərin bir-biri ilə və onları əhatə edən ətraf mühitlə qarşılıqlı əlaqələrini öyrənən elm.
E. təbiət elmlərinin xüsusi əhəmiyyətə malik sahəsidir və orqanizmlərin həyat tərzinə, inkişafına, çoxalmasına xarici mühit amillərinin təsirini, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi və s.) mühafizəsi üsullarını, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını araşdırır. E. terminini ilk dəfə amerikalı təbiətşünas Henri Devid Toro (1858) işlədib, lakin bu terminin tərifini 1866-cı ildə alman bioloqu Ernest Hekkel verib.
Coğrafiya terminləri lüğəti