Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dəniz iqlimi

Okeanın atmosferə təsiri güclü olan ərazilərdə, dənizə yaxın regionlarda formalaşan iqlim.

D.İ. kontinental iqlim tipindən havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yağıntıların, yayda nisbi rütubətliliyin çoxluğu, dənizdən əsən küləklərin üstünlüyü ilə fərqlənir. Şimal yarımkürəsində D.İ.-nin ən soyuq dövrü fevralda, ən isti dövrü avqustda müşahidə olunur. Materiklərin içərilərinə getdikcə D.İ.-i öz təsirini itirir, kontinental iqlimlə əvəz olunur.

Coğrafiya terminləri lüğəti