Üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən materikə, yaxud adaya bitişik quru parçası.
Yer planetində ən böyük Y. Ərəbistandır. Bundan başqa, Afrikada Somali, Avropada Skandinaviya, Şimali Amerikada Labrador, Cənubi Amerikada Valdes Y.-ları da çox böyük sahəyə malikdir. Bəzi ölkələr, məsələn, İspaniya, Portuqaliya, İsveç, Norveç, Tailand, Somali və s. bütünlüklə Y.-da yerləşirlər.
Coğrafiya terminləri lüğəti