ər. – şücaət
VI–IX əsrlərdə ərəb ədəbiyyatında şeir antologiyası.
Bu antologiyaların ilk bölmələri məşhur ərəb sərkərdələri və döyüşçülərinin şücaətinə həsr olunurdu. Әrəb yazıçısı və alimi Әbu Təmmamın (təxm. 796–843) tərtib etdiyi H.-yə islamaqədərki, Əməvilər və Abbasilər dövrlərinin 570-dək ərəb şairinin əsərləri daxildir. H.-də öldürülən döyüşçülər haqqında qəmli şeirlər, mərsiyələr, hikmətamiz sözlər, təbiət təsvirləri, aşiqanə şeirlər, mədhiyyələr və s. yer alır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – hərəkət
Ərəb yazısında saitlərin tələffüzünü göstərmək üçün hərflərin üstünə və ya altına qoyulan diakritik işarə.
Məlumdur ki, ərəb qrafikasında sait səsləri işarə edən xüsusi hərflər yoxdur. Ona görə də yazıda bu səsləri göstərmək üçün H. işarəsindən istifadə edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət zamanı baş vermiş hadisələri əks etdirən mənzum əsər, hicrət şeiri.
Təkkə şeirlərində çox sayda H.-lərə rast gəlmək mümkündür. Sonrakı dövrlərdə müxtəlif səbəblərdən kütləvi köçləri də qələmə alan mənzumələrə H. adı verilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. hyperbaton – yerdəyişmə
Cümlədə (əsasən, nəzmdə) ara sözün və ya cümlənin yerində işlənməməsi ilə yaranan inversiya.
Başqa sözlə desək, H. yanaşı gələn sözlərin bir-birindən ara söz və ya cümlə ilə ayrılmasıdır. Nitqin ifadəliliyinə, vəznin qorunub saxlanılmasına xidmət edir; məsələn:
Sevirəm zahidi kim, guşeyi-mehriban sevər,
Xəmi-əbrunə, rəqibim olub, olmaz mail. (M.Füzuli)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir-biri ilə əlaqəli müxtəlif hissələrdən ibarət olan, başqa sənədlərə, səhifələrə keçid imkanı yaradan çoxqatlı mətn; ardıcıllığı qorunmayan mətnlərin silsiləsi.
Bu anlayış kompüterlərin işi ilə əlaqədar yaranmışdır. H. terminini ilk dəfə XX əsrin 60-cı illərində T.Nelson işlətmişdir. H.-in əsas xarakterik cəhəti odur ki, təhkiyə mətni şaxələnir, oxucu müxtəlif alqoritmləri (müxtəlif ardıcıllıq) seçməklə mətnin hissələri ilə tanış ola bilir. H. dedikdə içərisində mətnin başqa hissəsinə qısa yolla keçid qoyulmuş istənilən roman, lüğət, veb-sayt (məs.: wikipedia) başa düşülür. H. anlayışı yeni olsa da, tarixdə hipertekstuallıqdan çox yerdə istifadə olunub. Məsələn, “İncil”də İsanın həyatı dörd həvari tərəfindən müxtəlif versiyalarda danışılıb. Dünyada ilk hiperromanı ("Günorta" (Afternoon) 1990-cı ildə Maykl Coys yazıb. Beş disketdə toplanmış hiperroman 539 şərti səhifədən və 951 qısayoldan ibarətdir. Oxucu mətni kompüterin köməyi ilə istədiyi ardıcıllıqla oxuya bilər. Ceyms Coysun “Uliss” və Xulio Kortasarın “Xana-xana oyunu” romanlarını da H.-ə nümunə göstərmək olar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti