Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hipermətn

Bir-biri ilə əlaqəli müxtəlif hissələrdən ibarət olan, başqa sənədlərə, səhifələrə keçid imkanı yaradan çoxqatlı mətn; ardıcıllığı qorunmayan mətnlərin silsiləsi.

Bu anlayış kompüterlərin işi ilə əlaqədar yaranmışdır. H. terminini ilk dəfə XX əsrin 60-cı illərində T.Nelson işlətmişdir. H.-in əsas xarakterik cəhəti odur ki, təhkiyə mətni şaxələnir, oxucu müxtəlif alqoritmləri (müxtəlif ardıcıllıq) seçməklə mətnin hissələri ilə tanış ola bilir. H. dedikdə içərisində mətnin başqa hissəsinə qısa yolla keçid qoyulmuş istənilən roman, lüğət, veb-sayt (məs.: wikipedia) başa düşülür. H. anlayışı yeni olsa da, tarixdə hipertekstuallıqdan çox yerdə istifadə olunub. Məsələn, “İncil”də İsanın həyatı dörd həvari tərəfindən müxtəlif versiyalarda danışılıb. Dünyada ilk hiperromanı ("Günorta" (Afternoon) 1990-cı ildə Maykl Coys yazıb. Beş disketdə toplanmış hiperroman 539 şərti səhifədən və 951 qısayoldan ibarətdir. Oxucu mətni kompüterin köməyi ilə istədiyi ardıcıllıqla oxuya bilər. Ceyms Coysun “Uliss” və Xulio Kortasarın “Xana-xana oyunu” romanlarını da H.-ə nümunə göstərmək olar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti